AZAL-da endirim: biletlər 39 avroya düşdü

 24-11-2023

 Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 24-də endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

 

Bənzər yazılar

0.15254187583923