“Yağış yağanda qayıq lazım olur” - Yolla bağlı narazılıq

 23-11-2023

Sabunçu rayonu Maştağa qəsəbəsinin mərkəzi küçələrindən birinin vəziyyəti narazılığa səbəb olub.

“Ölkə.Az”ın məlumatına görə, Zərdəbi küçəsində yağışdan sonra yolda yaranmış gölməçələrin fotoları sosial şəbəkələrdə paylaşılıb. 

Bildirilir ki, küçənin başlanğıcı və sonuna az da olsa asfalt çəkilsə də, ortası baxımsız vəziyyətdə qalıb.

“Elə bil hansısa ucqar dağ kəndidir. Hələ ki az yağış yağmış halıdır. Qar, ya da çox yağış yağanda qayıq lazım olur”, - deyə sakinlərsən biri qeyd edir.

Sabunçu Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi Maştağa qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir: “Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən  bildirildi ki, icra hakimiyyətləri və bələdiyyələr dövlət proqramına salınması üçün öz balanslarında olan yollarla bağlı aidiyyəti üzrə müraciət etməlidirlər:

“Əgər bu yol dövlət proqramına salınmış olsaydı, artıq AAYDA tərəfindən təmir olunmuş olardı. Proqrama salınması üçün təklif göndərilibsə, növbəti illərdə dövlət proqramına salınacaq və icrası AAYDA-ya tapşırılacaq və təmir həyata keçiriləcək”.

Bənzər yazılar

0.16237998008728