Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı

 17-03-2022

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son  iclasında hökumətin hesabatının müzakirəsi zamanı  bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır:

“Hökumət iclaslarının stenoqramı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, sənaye müəssisələri vardı, indi isə bu sahədə problemlər yaranıb. İşsizlik məsələsi həll olunmalıdır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə də cavab veriməyib.

Bir seçicim mənə deyir ki, komissiyadan onun təqaüdünü sərt danışdığına görə kəsiblər. Məgər sərt danışmağa görə belə edərlər? Əmək və əhalinin sosial müdafiəsi naziri gəlib Milli Məclisdə pensiyalarla, əlliklə bağlı məsələlərə aydınlıq gətirməlidir. Yeni qanunlar qəbul edilərkən Azərbaycanın öz durumu əsas götürülməlidir. İnsanları narazı salmadan təqüdlərin müəyyənləşməsində obyektivliyi və yeni yanaşmaları tətbiq etmək olar. Faizlər necə hesablanacaq və həmin qurumlar kimlər olacaq, onlar yalançı pensiya verənlərdən fərqlənməyənə qədər mən bu qanuna səs verə bilmərəm” - deputat vurğulayıb.

Adətən vətəndaş şikayətinə və ictimai ittihamlara susqunluq göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatın fikirlərinə tez-tələsik münasibət bildirib:

“Millət vəkili Sabir Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz deyil, ikisi əlillik təyinatı, dördü məşğulluq məsələləri ilə bağlı olan altı məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.

Belə ki, Sabir Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb. Cavabların üçü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, üçü isə Milli Məclisə göndərilib”.

Ayan Ələkbərova
MillətinSəsi.info

Bənzər yazılar

0.14394593238831