Neft yenə üzüaşağı gedir: 1 gündə 5 dollar ucuzlaşdı

 22-11-2023

Dünya bazarında neftin qiyməti ucuzlaşır.

Musavat.com xəbər verir ki, bu saatlarda Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 4 dollara yaxın ucuzlaşaraq 78,5 dollara, Nyu-York birjasında WTI neftinin bir bareli 73.89 dollara ticarət olunur.

Bu gün ərzində 5 dollardan yuxarı ucuzlaşmanın əsas səbəbi ABŞ-da neft ehtiyatlarının 9,1 milyon barel artması xəbəri, həmçinin əsas iqtisadiyyatlarda qeydə alınan zəif iqtisadi göstəricilər fonunda təklifin artmasıdır.

Noyabrın 26-da OPEK+ ölkələri nazirlərinin Vyanada görüşü gözlənilir. Bir çox analitik mərkəzlərə görə, bəzi oyunçular bazara irihəcmli əlavə neft çıxarmaqla görüş ərəfəsində qiymətləri ucuzlaşdırmaqla OPEK+ çərçivəsində hasilatın azaldılması öhdəliklərinin 2024-cü ilin birinci rübündə də saxlanmasına nail olmağa çalışırlar. Belə oyunçular arasında ən çox adı hallanan Rusiyadır. Neft qiymətlərinin 80 dollardan yuxarı qalmasına ən çox ehtiyac duyan Rusiya sentyabrın ikinci yarısı-oktyabrda ixracı kəskin şəkildə artırıb. Bu isə bazarda qiymətlərin düşməsini şərtləndirir.

 

Bənzər yazılar

0.16559195518494