Suraxanı rayonunda son bir ayda 115 nəfər SAXLANILIB - FOTO/VİDEO

 18-07-2022

Suraxanı rayonunda son bir ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir ayda rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.

Həmin şəxslərdən 75-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 40-ı barəsində məhkəmə tərəfindən həbs, 35-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 24 kiloqram narkotik vasitə, psixotrop maddə və 500 ədəd kultivasiya edilən çətənə kolu aşkar edilib. Narkotiklə bağlı saxlanılardan 11-i Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar. 

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan, Bülbülə və Binə qəsəbələrində yerləşən evlərdən, mağazalardan, avtomobillərdən silsilə oğurluqlar edən, habelə sosial şəbəkələrdə mebel satışı ilə bağlı saxta elan verərək 16 nəfəri dələduzluq yolu ilə aldadan və quldurluq edən 37 nəfər saxlanılıb.

Bu şəxslərin həmin ərazilərdə yerləşən 41 obyektdən pul, məişət və digər əşyalar oğurladıqları, habelə 5 nəfər qarşı quldurluq etdikləri müəyyən edilib. Hesabat dövründə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan 3 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan iki ədəd avtomat silah və bir ədəd “Makarov” markalı tapança aşkar edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bənzər yazılar

0.14579606056213