Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev vəfat edib

 20-11-2023

Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tuleyev 80 yaşında vəfat edib.

Bu barədə regionun rəhbəri Sergey Sivilyev məlumat verib.

“1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat etdi. Bu, ağır itkidir. O, çətin vaxtlarda vilayətə rəhbərlik edib”.

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

 

Bənzər yazılar

0.15600991249084