Kür çayında batan avtomobildəki POLİSLƏRİN KİMLİYİ BİLİNİB

 17-07-2022

Yevlaxda polis əməkdaşları həlak olub.

Yevlax rayonunda səhər saatlarında PPX (Post Patrul Xidməti) avtomobili körpüdən kürə düşüb. İlkin məlumata görə post patrul xidmətinin 4 əməkdaşı avtomobildə olub. Onlar Şəki rayonuna təlimə gedirlərmiş. Əməkdaşlardan 3-nü xilas etmək mümkün olub. Bir polis əməkdaşının axtarışları isə davam edir. Yaralıların vəziyyəti ağırdır.

Qəza zamanı avtomobildə 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu çayda batan avtomobildən sağ qurtarılaraq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

Hadisə şahidlərinin dediyinə görə, "Fitat" markalı polis avtomobili idarəetmədən çıxaraq körpüdən Kür çayının su axınının güclü olduğu 4 metr dərin hissəsinə düşüb. Bildirilir ki, ətrafda olan şəxslər avtomobildə qalan Kamran Məmmədovu çıxartmağa çalışsalarda güclü axın onu əvvəlcə avtomobildən kənara, sonra isə önünə salaraq çayın axarına sürükləyib. Batan avtomobil FHN-nin xilasediciləri tərəfindən çıxarılsa da polis əməkdaşının axtarışları davam edir.

Xatırladaq ki, qəza zamanı avtomobildə 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu çayda batan avtomobildən sağ qurtarılaraq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. 

Bənzər yazılar

0.14958786964417