Ekspertdən helium şarları barədə ÇAĞIRIŞ

 17-11-2023

Helium şarlarının təhlükəli olması barədə zaman-zaman maarifləndirici çağırışlar edilsə də, son illər uşaq şənliklərində, ad günlərində, toy mərasimlərində, hətta yeni doğulan körpələrin xəstəxanadan çıxarılma “mərasimlərində” bu şarlardan istifadə edilməsi çağırışların nəticəsi qaldığını göstərir.

Helium şarlar ölkəmizdə artıq bir trendə çevrilib. 2019-cu ildə Bakının məşhur əyləncə mərkəzi “Megafun”da helium şarının partlaması nəticəsində baş verən faciəni çoxları xatırlayır. Uzağa getməyək, 2023-cü ildə tam orta məktəblərdən birində keçirilən “Son zəng” tədbirində alovla müşayiət olunan partlayışı da unutmamışıq.

Həmin partlayış məhz helium qazı doldurulmuş şarlardan qaynaqlanmışdı.

Təhlükəsizlik eksperti Rəşad Rza da Pravda.az-a açıqlamasında helium şarlarının zərərlərindən danışıb.

Zəlzələ zamanı soyuducu bizi nə dərəcədə qoruya bilər? - Ekspert açıqladı  Pravda.az

Ekspert bildirib ki, helium şarlar qapalı şəraitdə xüsusilə təhlükəlidir: “Bu şarların partlaması nəticəsində yanğın, partlayış olma təhlükəsi var. Ümumiyyətlə, helium qazı sağlamlığa da zərərlidir. Heliumdan zəhərlənmə faktları ilə çox qarşılaşmışıq”.

R.Rza vurğulayıb ki, şarlara propan qazı da doldurulur: “Ucuz başa gəldiyi üçün bəzən helium yox, propan qazından istifadə edilir. Propan isə yanacaq qazıdır. Bu qazdan məişətdə istifadə olunur. Propan doldurulan şarlar da çox təhlükəlidir”.

 

Bənzər yazılar

0.15426588058472