İnternetin sürətinə görə Azərbaycan dünyada və regionda neçənci yerdədir?

 16-11-2023

“Speedtest Global Index” bu ilin oktyabr ayı üçün mobil və sabit genişzolaqlı internetin sürətinə görə ölkələrin siyahısını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, saytda dərc olunan siyahıya əsasən sabit genişzolaqlı internetin median sürətinə görə Azərbaycan sentyabr ayı ilə müqayisədə 2 pillə geriləyib və 30.48 Mbps sürətlə 182 ölkə arasında 121-ci yerdə qərarlaşıb.

Mobil internetin sürətinə görə isə ölkəmiz 1 pillə irəliləyərək 45.70Mbps sürətlə 142 ölkə arasında 55-ci yeri tutub.

Bundan əlavə, Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə 1 pillə geriləyərək 31.72 Mbps sürətlə 194 şəhər arasında 141-ci pillədə qərarlaşıb.

Mobil internetin sürətinə görə isə 1 pillə geriləyərək 46.45 Mbps sürətlə 173 şəhər arasında 73-ci yeri tutub.

Sabit genişzolaqlı internetin sürətinə görə ilk beşliyə Sinqapur (264.15 Mbps), Honq Konq(263.07 Mbps), Çili(248.65 Mbps), Birləşmiş Ərəb Əmirlikləri (235.72 Mbps) və Çin (230.39 Mbps) daxil olub.

Mobil internetin sürətinə görə isə beşlik BƏƏ (269.41 Mbps), Qətər (206.80 Mbps), Küveyt (191.74 Mbps), Çin (164.14 Mbps) və Makau (155.75 Mbps) ibarət olub.

Sabit genişzolaqlı internetin sürətinə görə son beşliyə Burundi (5.43Mbps), Niger (5.12 Mbps), Suriya (4.06 Mbps), Əfqanıstan (3.07 Mbps) və Kuba (2.19 Mbps) daxildir.

Mobil internetin sürətinə görə isə son beşlik Tacikistan (9.67 Mbps), Sudan (7.15 Mbps), Yəmən (7.15 Mbps), Əfqanıstan (4.73 Mbps) və Kubadan (3.33 Mbps) ibarət olub.

Region ölkələri arasında sabit genişzolaqlı internetin sürətinə görə ardıcıllıq belə olub:

39. Moldova (108.20 Mbps)
59. Rusiya (81.95 Mbps)
69. Ukrayna (72.42 Mbps)
91. Qırğızıstan (54.37 Mbps)
93. Özbəkistan (54.12 Mbps)
94. Belarus (53.80 Mbps)
99. Qazaxıstan (47.53  Mbps)
101. Ermənistan (45.31 Mbps)
109. Türkiyə (38.12 Mbps)
121. Azərbaycan (30.48 Mbps)
127. Gürcüstan (25.76 Mbps)
136. Tacikistan (20.77 Mbps)
153. İran (13.03 Mbps)
169. Türkmənistan (8.68 Mbps)

Region ölkələri arasında mobil internetin sürətinə görə ardıcıllıq belə olub:

55. Azərbaycan (45.70 Mbps)
67. Qazaxıstan (35.90 Mbps)
71. Gürcüstan (33.39 Mbps)
72. Türkiyə (33.20 Mbps)
75. İran (31.66 Mbps)
79. Moldova (30.72 Mbps)
89. Qırğızıstan (25.69 Mbps)
96. Ukrayna (24.62 Mbps)
99. Rusiya (24.04 Mbps)
100. Özbəkistan (23.69 Mbps)
116. Ermənistan (19.80 Mbps)
133. Belarus (11.33 Mbps)
138. Tacikistan (9.67 Mbps)

Murad Məmmədov

Bənzər yazılar

0.19387412071228