DSX-nin vəfat edən hərbçisinin xəstəxanaya aparılma səbəbi bəlli oldu

 16-11-2023

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.

"Unikal”ın əldə etdiyi məlumata görə, sərhədçi qızdırma səbəbi ilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.

Mirhüseyn Salmanlı ötən ayın ikisində hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.

Onun ailədə özündən başqa bir bacısı var.
 

 

Bənzər yazılar

0.1726610660553