Voronejdə azərbaycanlıların mərasiminə basqın olub – Video

 16-11-2023

Rusiyanın Voronej şəhərində azərbaycanlıların mərasiminə qəfil basqın olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloknot Voronej” portalı məlumat yayıb. 

Belə ki, polisin xüsusi təyinatlı dəstəsi bir qrup azərbaycanlının ad günü qeyd etdiyi “Fort” adlı restoranda reyd keçirib.

Hadisə ilə bağlı video internetdə böyük səs-küyə səbəb olub.

Kadrlarda “Zastava” meydanı yaxınlığındakı “Fort” restoranına hərbi geyimdə olan adamların gəlməsi və ad günü iştirakçıları söhbətləşməsi əks olunub.

O da bildirilib ki, bu reyd zamanı 50-yə yaxın şəxsə hərbi xidmətə çağırış vərəqəsi təqdim edilib.

Portal hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışsa da, rəsmi açıqlama ala bilməyib.

Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti isə məsələnin Daxili İşlər Nazirliyi ilə əlaqəsi olmadığını bildirib.

Ancaq şahidlərlə söhbətdən sonra hüquq-mühafizə orqanlarının bir müddət əvvəl Rusiya vətəndaşlığı alan, lakin hərbi qeydiyyatdan keçməyənlərlə bağlı reyd keçirildikləri məlum olub.

Bənzər yazılar

0.23069095611572