Bir ailənin dörd üzvünü öldürərək ömürlük cəza alan şəxslə bağlı QƏRAR

 15-11-2023

Ali Məhkəmədə Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsində keçirilən ikinci iclasda F.Cəlilzadə şikayətdən imtina etdiyini elan edib. O, verilmiş cəza ilə razılaşıb, əlavə araşdırmaya ehtiyac görməyib. Məhkəmə təqsirləndirilən şəxsin istəyini yerinə yetirərək, yekun akt çıxarıb.

Qeyd: Hadisə ötən ilin dekabr ayında baş verib. 

Belə ki, 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L.Cəlilov özünü asaraq intihar edib.

 

Bənzər yazılar

0.20786714553833