Şabranda 25 yaşlı tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 15-11-2023

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadənin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılır.

İş üzrə məhkəmə baxış iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə Şabran rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

 

Bənzər yazılar

0.22681713104248