Bakıda arvadını öldürən kişiyə hökm oxunub

 15-11-2023

Bakıda həyat yoldaşınıı qətlə yetirməkdə təqsirli bilinən Zöhrab Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Zöhrab Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Bənzər yazılar

0.15104198455811