Bakıda 15 yaşlı qız itkin düşdü

 15-11-2023

Bakıda 15 yaşlı qız itkin düşüb. 

Ölkə.az-ın məlumatına görə, Bakı şəhəri Binəqədi qəsəbəsi, mədən 1, korpus 10, ev 105 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Xəyalə Abbasova Binəqədi RPİ-nin 43-cü-PB-nə ərizə verərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı - 2008-ci il təvəllüdlü Aişə Abbaslı evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağla Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü-PB-də araşdırma aparılır. 

 

Bənzər yazılar

0.15782594680786