53 ildən sonra göldə çimərkən itirdiyi qızıl üzüyünə QOVUŞUB - VİDEO

 15-07-2022

ABŞ-ın Alabama ştatında yaşayan qadın məktəbli vaxtında göldə çimərkən itirdiyi qızıl üzüyünə yalnız 53 il sonra qovuşub.

Üzüyü göldə balıq tutan cütlük tapıb.

Cütlük üzərində Skott Laflinin ad və soyadının baş hərflərinin və oxuduğu məktəbin adının həkk olunduğunu üzüyü sosial şəbəkələrdə yerləşdirərərək onun sahibinin axtarışlarına başlayıb.

Skott Laflin dərhal elanı yerləşdirən şəxslərlə əlaqə saxlayaraq 1969-cu ildə göldə çimərkən itirdiyi üzük və onun nişanələri barədə məlumat verib.

Nəticədə yaşlı qadın məktəbli vaxtında itirdiyi qızıl üzüyünə yenidən sahib çıxıb.

Mənbə: United Press International.

Bənzər yazılar

0.22484993934631