Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu

 31-10-2024

Paytaxtımızın ən mühüm tibb müəssisələrindən biri olan Travmatologiya və Ortopediya İnstitutunun acınacaqlı vəziyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qapı-pəncərələrin yararsız vəziyyətdə olduğu, döşəmənin qopub-töküldüyü aydın görünür. Xəstələr isə bu ağır şəraitdə müalicə almaq məcburiyyətindədirlər. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq.

İnstitutun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Pərvin Hüseynəliyeva Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.

"Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təmirə ehtiyacı olması barədə nazirlik məlumatlıdır. Binanın daxilində əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün artıq açıq tender elan edilib. Layihə-smeta sənədləri hazırlandıqdan dərhal sonra binanın ümumi əsaslı təmiri işləri həyata keçiriləcək", - deyə P.Hüseynəliyeva vurğulayıb.

Xəstələrin şəfa axtardığı ağır
Xəstələrin şəfa axtardığı ağır
Xəstələrin şəfa axtardığı ağır

Bənzər yazılar

0.14202189445496