"Tiktok"çunun güllələnməsinin ANBAAN VİDEOSU

 13-11-2023
Yevlaxda 32 yaşlı "tiktoker"in güllələndiyi anın görüntüləri yayılıb.
 
Oxu.Az-ın məlumatına görə, görüntülərdə 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun 1989-cu il təvəllüdlü Saleh Əliyevdən qaçdığı və daha sonra güllələndiyi an əks olunub.
 
Qeyd edək ki, fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət aləti olan odlu silah ondan götürülüb.
 
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib. Araşdırma aparılır.
 
Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
 
"Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər” - deyə mərhumun anası bildirib.
 
Qeyd edək ki, öldürülən şəxs TikTok-un aktiv istifadəçisi olub.
 
O, həmin sosial şəbəkədə daha çox "azəri canavar” adı ilə tanınıb.
 
Həmin görüntüləri təqdim edirik:
 

Bənzər yazılar

0.15707612037659