Azərbaycanda ŞOK onlayn dələduzluq: “Pazfarm” pulları yığıb aradan çıxdı

 11-11-2023

"Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb".

Bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.

O qeyd edib ki, platformada 50.000 manata qədər pulu batan insanlar var:

""Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər".

“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, – deyə paylaşıma Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib.

Bənzər yazılar

0.17627596855164