Braziliya prezidenti Zelenskiyə Ukrayna münaqişəsinin həlli yollarını TƏKLİF EDƏCƏK

 14-07-2022

Braziliya prezidenti Jair Bolsonaro ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukrayna münaqişənin həlli yollarına dair öz baxışını təqdim etmək niyyətində olduğunu açıqlayıb.

O, bu barədə “CNN Brasil” telekanalına müsahibəsində bəyan edib.

“Mən ona bu vəziyyətin həllinə dair öz fikrimi bildirəcəyəm. Mən bunu necə həll edəcəyimi bilirəm. Ancaq əvvəlcədən danışmayacağam”, - deyə Bolsonaro jurnalistlərə bildirib.

Mənbə: osnmedia.ru

Bənzər yazılar

0.82248616218567