Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu?

 20-09-2024

Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.

Ölkə.az yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi "Dövlət Satınalmaları Haqqında” Qanunun 35.1.1.-ci maddəsi göstərilib.

Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.

Qeyd edək ki, tenderin keçirilməsində məqsəd "Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət evinin bərpası üzrə layihə smeta sənədlərinin hazırlanması ilə bağlı olub.

Onu da bildirək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyinin "Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üçün keçirdiyi tender müsabiqəsi tənqidlərə səbəb olub. Belə ki, Agentlik Xınalıqda 44 evin bərpası üçün "Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialına (VÖEN – 1604374251) 6,6 milyon manat vəsait ayırıb. Bu isə o deməkdir ki, Xınalıqda bir ədəd evin bərpasına 151 min manat vəsait xərclənəcək.//Yeniavaz.com

Bənzər yazılar

0.060815095901489