Polyaklar Ukrayna üçün kamikadze DRONLARI ALACAQ

 14-07-2022

Polşa vətəndaşları 20 ədəd “Warmate” kamikadze dronunun və yerüstü idarəetmə stansiyasının alınması üçün ianə toplayır.

Silahların Ukrayna hərbçilərinə təhvil verilməsi planlaşdırılır.

Kampaniyanın təşəbbüskarları adi polyaklar - yerli sahibkar Yaroslav Sterkoviç və kopirayter Mateuş Kaçinskidir.

Onlar ümumilikdə 4 milyon zlotısı (təxminən 1.5 milyon manat) cəlb etməyi düşünürlər. İlk gün ərzində artıq 20 min zlotıdan (təxminən 7 min manat) çox pul yığılıb.

Təşkilatçılar vurğulayıblar ki, PUA-ların Ukraynaya çatdırılmasını dron istehsalçısı “WB Electronics” öz üzərinə götürəcək.

Mənbə: rbc.ua

Bənzər yazılar

0.27441716194153