Vatikanın yepiskoplar idarəsinə ilk dəfə QADINLAR TƏYİN OLUNUB

 14-07-2022

Roma Papası Fransisk üç qadını Vatikanın yepiskopların işləri üzrə idarəsinə təyin edib.

Məlumata görə, bu Katolik Kilsəsi tarixində bir ilkdir. Belə ki, bunadək idarə yalnız kişilərdən ibarət olub.

Hazırda quruma, qadınlardan başqa, 11 kardinal, yepiskop və keşiş daxildir.

Mənbə: meduza.io

Bənzər yazılar

0.83447813987732