Meksikada güclü külək asma şüşə körpünü YARARSIZ HALA SALIB - VİDEO

 14-07-2022

Meksikanın Puebla şəhərində yerləşən “Sky Bridge” (Səma Körpüsü) asma şüşə körpü əsən güclü küləyin təsirindən yararsız hala düşüb.

Şəhər sakinləri və turistlər güclü külək nəticəsində şüşələri qırılaraq ciddi zərər görən körpünün son vəziyyətini mobil telefonun kameraları vasitəsilə çəkərək ictimailəşdiriblər.

Qeyd edək ki, asma şüşə körpü ötən ilin dekabrında istifadəyə verilib.

Körpünün inşası 15 milyon dollara başa gəlib.

Mənbə: İHA

Bənzər yazılar

0.29998397827148