Britaniyanın hərbi poliqonunda təlim zamanı YANĞIN BAŞ VERİB

 14-07-2022

Böyük Britaniyada başlayan güclü istilər Solsberi düzənliyində hərbi poliqonda yanğına səbəb olub. Bu poliqonda qoşunların təlimlər üçün yerləşdirilməsi nəzərdə tutulurdu.

Bu barədə iyulun 13-də Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Yanğınlar poliqonun hərbi sursatlardan atəş açıldığı və ictimaiyyət üçün əlçatmaz olan hissəsində -  təhlükəli zonasında və ya zərbə zonasında lokallaşdırılır”, - deyə hərbi qurumun rəsmi nümayəndəsi bildirib.

Hərbçilər yaxınlıqdakı evlərin sakinlərindən üzr istəyib və ətrafa yayılan qatı tüstüdən mümkün qədər az təsirlənmələri üçün pəncərələri bağlı saxlamağı tövsiyə ediblər.

Mənbə: İzvestiya

Bənzər yazılar

0.28167295455933