Rafael Fiziyev MMA reytinqində İRƏLİLƏYİB

 14-07-2022

Bir müddət öncə UFC-də növbəti qələbəsini qazanan azərbaycanlı döyüşçü Rafael Fiziyev MMA reytinqində öz vəziyyətini yaxşılaşdırıb.

O, yüngül çəki kateqoriyasında ötən ay həmkarları arasında onuncu pillədə qərarlaşdığı halda, iyul ayında üç pillə irəliləyərək yeddinci olub.

Qeyd edək ki, iyulun 10-da 29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış edib.

Mənbə: mmafighting.com

 

Bənzər yazılar

0.20978498458862