Qədimbəylilərlə bağlı daha bir məhkəmə iddiası: “Zaminbank”la “Sədərək” arasında nə baş verir?

 06-11-2023

“Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Sədərək” Firması arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.

Qaynarinfo.az xəbər verir ki, bank bu mübahisədən dolayı məhkəməyə müraciət edib.

“Zaminbank”ın iddiasına Cəlilabad Rayon Məhkəməsində baxılacaq. İş hakim Elxan Əmirəliyevin icraatındadır.

“Zaminbank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv olunub. Hazırda bank ləğv prosesindədir.

“Sədərək” Firmasına gəlincə, şirkət 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 AZN-dir. Firmanın qanuni təmsilçisi Qədimbəyli Yunis Qafar oğludur.

Yunis Qədimbəyli “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır. Əslində “Sədərək” Firması da ticarət mərkəzinin rəsmi adıdır. Yəni, ticarət mərkəzi bu adla qeydiyyata alınıb.

Son vaxtlar Qədimbəyli qardaşları ilə bağlı neqativ informasiyalar yayılır. Sentyabr ayında Fidan adlı “tiktoker” Yusif Qədimbəylinin digər qardaşı Ənvər Qədimbəylinin oğlunu ittiham etmişdi. Onun iddiasına görə, Ənvər Qədimbəylinin oğlu İlham Qədimbəyli ona işgəncə verib.

Bu hadisədən sonra isə “Sədərək” Ticarət Mərkəzində mağazası olmuş Qarabağ veteranı Arazxan Nəcəfovun Yusif, Yunis və Ənvər Qədimbəyli qardaşlarını məhkəməyə verdiyi məlum olub.

Arazxan Nəcəfov qardaşlarını ona məxsus 300 min manat dəyərində malını mənimsəməkdə ittiham edir.

Mənbə Qaynarinfo.az

Bənzər yazılar

0.13956308364868