İŞİD-in Suriyadakı lideri ÖLDÜRÜLDÜ

 12-07-2022

ABŞ hərbçiləri hava zərbəsi nəticəsində Suriyadakı İŞİD terror qruplaşmasının liderini məhv edib.

Bu barədə çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, əməliyyat PUA-lar vasitəsilə Suriyanın şimal-qərbində həyata keçirilib. Nəticədə təşkilatın ilk beş liderindən biri və Suriyadakı qruplaşmasının rəhbəri Maher əl-Aqal öldürülüb. Mahirlə yaxın əlaqələri olan yüksək rütbəli daha bir İŞİD nümayəndəsi də ağır yaralanıb.

Mənbə: TASS

Bənzər yazılar

0.29283905029297