İngiltərə millisinin və “Arsenal”ın sabiq üzvü karyerasını BAŞA VURUB

 08-07-2022

İngiltərə millisinin və “Arsenal” klubunun keçmiş futbolçusu Cek Uilşer peşəkar karyerasını başa vurub.

Son klubu Danimarkanın “Orxus” klubu olan 30 yaşlı yarımmüdafiəçi bu barədə öz “Twitter” hesabında məlumat yayıb.

“Mən arzularımı reallaşdırdım. Hamınıza təşəkkür edirəm. Bu gün peşəkar futboldan ayrıldığımı elan edirəm. Karyeramda nail olduqlarımla qürur duyuram. Belə bir karyeraya sahib olduğum üçün özümü çox şanslı hiss edirəm”, - deyə Cek Uilşer qeyd edib.

C.Uilşir daha çox “Arsenal”da oynaması ilə tanınıb.

“Topçular”ın yetirməsi olan futbolçu 2008-ci ildə 16 yaşında debüt edib.

O, həmçinin icarə əsasında “Bornmut”, “Vest Hem” və “Bolton” kimi komandalarda oynayıb. C.Uilşer İngiltərə millisinin forması ilə 34 matçda meydana çıxıb.

Qeyd edək ki, C.Uilşer “Arsenal”ın 18 yaşa qədər futbolçulardan ibarət komandasının yeni baş məşqçisi olacaq.

Bənzər yazılar

0.24095797538757