Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT - VİDEO

 18-10-2023

Naxçıvan Muxtar Respublikası təhsil nazirinə müavin təyin edilib.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Elxan Tarqulu oğlu Nəcəfov bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

Bənzər yazılar

0.16504192352295