Bakının Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində yerləşən binada qeydə alınıb.
1991-ci il təvəllüdlü Zeynalov Yolçu Əli oğlu anası ilə mübahisə edib. Anası ona xoşagəlməz söz dediyi üçün Zeynalov özünü asıb. Lakin ana övladını xilas edərək xəstəxanaya çatdırıb.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.