“Bakıda adı açıqlanmayan 15 yaşlı yeniyetmənin ölü döl dünyaya gətirdikdən qısa müddət sonra özünün də ölməsi faktı ilə bağlı iki istiqamətdə istintaq aparılır”.
MillətinSəsi.info-nun məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev bildirib.
O qeyd edib ki, hadisə ilə yanaşı, yeniyetmənin xəstəxanada həkim səhlənkarlığı səbəbindən ölməsi faktı araşdırılır.
Xatırladaq ki, fevralın 4-də saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin 2006-cı il təvəllüdlü sakini və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
O, yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halı pisləşib və 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Yeniyetmə orada vəfat edib.