Əfqanıstanın Herat vilayətində böyüklərlə azyaşlıların idman zalına birgə getmələri qadağan edilib.
Qadağa “Taliban”ın təsis etdiyi Qadağalar Nazirliyi tərəfindən qəbul edilib.
Qeyd olunur ki, fitnes təlimatçıları ziyarətçiləri üç yaş kateqoriyasına ayırmalıdırlar: 18 yaşdan aşağı, 18-21 yaş və 21 yaşdan yuxarı olan şəxslər.
Qadağalar Nazirliyi bodibilderlərin idman zalında vurulan plakatlarının divarlardan götürülməsi barədə də xəbərdarlıq edib.
Mənbə: “Sputnik” Əfqanıstan