Deputat Bəhruz Məhərrəmli: "Fransa və Almaniya bir addımlıq məsafəyə burnunu soxmaq istəyirlər"

 06-10-2023

“Fransa və Avropa Alyansının Azərbaycanla bağlı beynəlxalq hüquq prinsiplərinə zidd və açıq şəkildə mübahisəli fəaliyyət göstərdiyinin şahidi oluruq. 30 ildir ki, özünü ört-basdır etməyə çalışan Fransa indi açıq şəkildə özünü erməni dövləti kimi göstərir. Avropa Parlamentinin evi olan Avropa Parlamenti son bir ayda bütün gündəliyini Azərbaycana həsr edib”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmli parlamentdə çıxışı zamaanı deyib.

O bildirib ki, separatçılığa qarşı mübarizədə səmərəli nəticələr əldə edən Prezident İlham Əliyev çoxlarına ustad dərsi keçdi:

“Bizim mövqeyimiz bəllidir, özümüzü müdafiə etmək, haqqımızı almaq gücümüz var. Ermənistan bu prosesdə diqqətli olmalıdır. Ermənistan anlamalıdır ki, düşdüyü vəziyyətdən ilk növbədə Azərbaycanla dostluq nəticəsində çıxa bilər”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün praktiki əsas yoxdur:

“Biz sülhə bir addım qalmışıq. Ancaq görünür, Avropa Parlamentinin bəzi deputatları, Fransa və Almaniya israrla bu bir addımlıq məsafəyə burnunu soxmaq istəyirlər. Təbii ki, onların nə sözlərinin, nə də mahiyyətinin bizim üçün heç bir dəyəri yoxdur. Amma eyni zamanda bilməlidirlər ki, Avropa Parlamentində namusunu satan siyasətçiləri kimin məsləhətləşməsinə sövq etməsi bizə aydındır.

Ona görə də möhtərəm Prezidentimizin dediyi kimi, hər kəs öz işi ilə məşğul olmalıdır, bizim səbrimizlə oynamamalıdır. Hər halda təslim olan biz olmayacağıq. Milli müharibədə bizi məğlub edənlər bundan sonra döyüşməkdə israrlı olacaqlarsa, ardıcıl məğlubiyyətlərə hazır olmalıdırlar”.

 

Bənzər yazılar

0.27937006950378