Britaniyalı supermodel və məşhur aktrisa Kara Delevin Britaniyanın “Vogue” jurnalının avqust buraxılışı üçün yarıçılpaq çəkilib.
Müvafiq foto nəşrin sosial şəbəkələrdəki rəsmi hesablarında yayılıb.
Təsvirin müəllifləri dəb fotoqrafları Mert Alas və Markus Piqqot olublar. Fotoda Kara “Manuel Albarran” və “Dior”dan zinət əşyaları taxıb. Yarıçılpaq model sinəsini əlləri ilə örtüb.
Çəkilişlərdə Delevinlə yanaşı, “Hamilton” və “West Side Story” filmlərinin ulduzu Ariana DeBos, müğənni Sintia Erivo və başqaları da iştirak ediblər.
Mənbə: gazeta.ru