Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gələrək regionun suverenliyi ilə bağlı konstitusiyaya dəyişiklik edilməməsini təklif edib.
Bu barədə ölkə liderinin mətbuat katibi Şerzod Əsədov özünün “Telegram” kanalında məlumat verib.
“Prezident Özbəkistan Respublikası Konstitusiyasının 70, 71, 72, 74 və 75-ci maddələrinin qüvvədə olan redaksiyalarının dəyişdirilmədən saxlanılmasının zəruriliyini qeyd edib”, - deyə o, vurğulayıb.