Volodimir Zelenski: "Rusiya Ukraynaya 3 minə yaxın raket atıb"

 02-07-2022

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə atdığı raketlərin sayını açıqlayıb.

MillətinSəsi.info UNİAN-a istinadla xəbər verir ki, Zelenski bu barədə Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında danışıb.

"Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”, - deyə Volodimir Zelenski vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, Ukrayna qondarma Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyini tanıdığı üçün Suriya ilə rəsmi şəkildə diplomatik əlaqələri dayandırıb.

 Volodimir Zelenski həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiya təzyiqi daha da böyük olacaq.

Bənzər yazılar

0.27522397041321