Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.
MillətinSəsi.info 32gun.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb:
"Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanılıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotikdən asılı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba uşaq sığınacağına yerləşdirib. Bir ildir ki, uşaqlar təhsildən yayınıblar", - K.Ağazadə qeyd edib.