"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vergi borcu 14 milyona çatdı - Böhranın səbəbi nədir?

 28-09-2023

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vergi borcu artmaqda davam edir. 

Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl ASC-nin vergi borcu 13 milyon 960 min 626 manat təşkil edirdi. Bu müddət ərzində şirkətin vergi borcu daha 65 min 927 manat artıb. Beləliklə, şirkətin bu günə olan vergi borcu 14 milyon 26 min 553 manat təşkil edir.
 
“Akkord”un 13 milyon manat vergi borcu olan zaman şirkətdən Qaynarinfo-ya daxil olan açıqlamada bildirilirdi ki, hər hansı bir şirkətə vergi orqanın qərarı əsasında yazılmış vergi məbləği onun təsdiqlənmiş həqiqi borc anlamına gəlmir.

Açıqlamada həmçinin qeyd edilirdi ki, vergi borcu kimi yazılan məbləğə etiraz olaraq inzibati qaydada məhkəməyə şikayət verilib. Bu işin nəticəsi barədə məlumat yoxdur.

Bəzi iddialara görə, “Akkord”un iri məbləğli vergi borcunun yaranması şirkətin böhran keçirməsi ilə bağlıdır.

“Akkord” keçmiş baş prokuror Zakir Qaralovun şirkəti kimi tanınıb. Bu iddia indiyə qədər təkzib edilməyib. 

Bənzər yazılar

0.10366296768188