Türkiyənin Kocaeli şəhərinin sakini Yasemin Ece Şengül özünə bəysiz toy şənliyi keçirib.
30 yaşlı qadın uzun müddət arzusunda olduğu gəlinlik paltarını geyinərək valideynlərinin onun üçün təşkil etdikləri mərasimə gələn qonaqların qarşısına çıxıb.
Gəlinliklə şadlıq sarayına daxil olan Yasemin Ece Şengül bəy-gəlin rəqsini öz atası ilə oynayıb.
Daha sonra şənliyin tortu kəsilib, tədbirin sonunda qadın gül çələngini öz rəfiqələrinə tərəf atıb.
Mənbə: İHA