Naxçıvan Dövlət Universitetinin rektoru məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, rektor Elbrus İsayevlə bağlı məhkəməyə Hüseyn Amar Dağbəyi oğlu müraciət edib.
O, məhkəmədə əmək mübahisələrinə görə iddia qaldırıb.
İşə Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.