Suraxanı rayonunda təhlükəli yataqxana - Əziz Əzizov hara baxır? (VIDEO)

 18-09-2023

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Kərəm İsmayılov küçəsində yerləşən 2 saylı yataqxanada yaşayan 30 ailənin vəziyyəti olduqca acnacaqldır. Yataqxana qəzalı durumdadır, hər an uça bilər.

Elektrik xəttləri bərbad vəziyyətdədir. Bu barədə ərazidə yaşayan sakinlər "Azərbaycan Reallığı"na videogörüntü göndəriblər.

Sakinlər qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi bu binanın yaşayış üçün yararsız olduğu barədə rəy versə də bina sökülmür.

"Biz dəfələrlə Suraxanı rayon icra hakimiyyətinə və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsək də səsimizə səs verən olmayıb" deyə vətəndaş video müraciətində bildirərək aidiyyəti qurumlardan kömək istəyiblər. 

Dəfələrlə Suraxanı rayon icra hakimiyyətinə şikayət etsələr də baxan yoxdur. Onlar çıxış yolunu məsələni ictmailəşdirməkdə görürlər.

Sakinlər “Bəlkə bu görüntüdən sonra dərdimizə çarə tapılar” deyirlər.

Sözügedən videonu oxuculara təqdim edirik.
  

Bənzər yazılar

0.34597301483154