Ziya Ağa "AzDrama"dan getdi

 14-09-2023

Aktyor Ziya Ağa çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb. 

Qaynarinfo.az xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb. Ziya bildirib ki, buna səbəb onun iş qrafiki olub:

"Teatrda bu mövsüm üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, mərkəzin gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstə düşür. Amma iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum.

Əgər teatrın gələcəyi üçün maneə olan kimliyindən asılı olmayaraq kimsə varsa, oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır". 

Bənzər yazılar

0.29583096504211