“Azərsu” ASC-nin 15 milyonluq tenderini bu şirkətlər UDUB

 24-06-2022

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qala, Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması üzrə tender müsabiqələri keçirib.

Yeniavaz.com xəbər verir ki, müsabiqələrin qalibləri “Protean Construction” ASC və “Araz İnşaatçı” MMC olub.

Belə ki, “Azərsu” ASC Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Protean Construction” ASC-yə 9 milyon 20 min 553 manat 88 qəpik ödəyəcək.

Həmçinin Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” ASC “Araz İnşaatçı” MMC-yə 5 milyon 511 min 259 manat 10 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 160 min 672 manat nizamnamə kapitalı olan “Protean Construction” ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur. 7 noyabr 2001-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir.

Həmçinin 10 manat nizamnamə kapitalı olan “Araz İnşaatçı” MMC-nin qanuni təmsilçisi İsmayilov Teyyub İbrahim oğludur. 8 avqust 2006-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu, ev məhəllə 851, m.10/86-da yerləşir.

Bənzər yazılar

0.61312890052795