Məşhur iş adamı ilə keçmiş müavini arasında qalmaqal davam edir

 06-09-2023
"Koroğlu” MMC-nin prezidenti Tahir Əliyevlə bu şirkətdə direktor müavini işləmiş Emin Babaşov arasında məhkəmə çəkişməsi davam edir. 
 
Qaynarinfo xəbər verir ki, Emin Babaşov Tahir Əliyev və "Koroğlu ” MMC ilə yanaşı, iş adamının digər şirkətləri -  "Konfirom” MMC, "Nur Retail” MMC və "Tikilməkdə olan müəssisə” Kiçik Müəssisəsi barəsində də iddia qaldırıb.  
İş hazırda apellyasiya mərhələsindədir. 
 
10 oktyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclası keçiriləcək. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baxılacaq.
 
Emin Babaşov 2021-ci ilin mart və aprel aylarında o, "Koroğlu” MMC və digər şirkətlərdəki işindən  ayrılıb. Direktor müavininin işdən ayrılmasının səbəbi Tahir Əliyevin qanunsuz tapşırıqlarını icra etmək istəməməsi olub. 
 
Bundan başqa, Tahir Əliyevin oğlu Oruc Əliyev Emin Babaşova qarşı fiziki zor tətbiq edib. Emin Babaşovun hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 145.2.5-ci (Qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Bənzər yazılar

0.33495497703552