Goranboyla bağlı iki tenderin qalibi olan şirkət kimindir?

 01-09-2023

Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd Qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyi Aşağı Ağcakənd qəsəbəsində yerləşən 2 mərtəbəli, 16 mənzilli 2 yaşayış binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Construction Business Group” MMC seçilib. Binaların təmirinə 131 261,74 AZN xərclənəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Construction Business Group” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

Bir neçə ay əvvəl şirkət Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin keçirdiyi tenderin qalibi olub. Bu tender də Goranboy rayonunun Aşağı Ağcakənd kəndində iki ədəd 2 otaqlı fərdi yaşayış evlərinin tikintisi və 3 ədəd fərdi yaşayış evilərinin təmir işləri ilə bağlı keçirilib. 

Bənzər yazılar

0.10739612579346