“Azərsu”nun 15,7 milyonluq tenderini iki şirkət uddu

 01-09-2023

“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Protean Construction” ASC və “Hovers Group” MMC birgə müəssisəsi olub.

Yeniavaz.com xəbər verir ki, “Azərsu” ASC Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin satın alınmasına görə “Protean Construction” ASC və “Hovers Group” MMC birgə müəssisəsinə 15 milyon 720 min 540 manat 59 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 160 min 672 manat olan “Protean Construction” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.

Hovers Group” MMC-nin isə nizamnamə kapitalı 345 min 720 manatdır. MMC-nin hüquqi ünvanı Bakı Şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev 73-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.

Bundan başqa, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “ATA Texnologiya” MMC ilə satınalma müqaviləsi bağlayıb. 

Maliyyə dəyəri 25 016 AZN olan müqavilədə SMS xidmətlərinin satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur. 

“ATA Texnologiya” MMC-nin təsisçisi “ATA Holdinq”dir. Bu barədə şirkətin öz veb-səhifəsində də qeyd var.

“ATA Holdinq” Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədovun şirkəti kimi tanınır. 

Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.

Bənzər yazılar

0.10502600669861