Rusiyalı qubernator Polad Bülbüloğludan üzr istədi

 29-08-2023

Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə söhbət edib.

Bu barədə regionun İnformasiya siyasətinin departamentindən “Kommersant-Ural” qəzetinə bildirilib.

Xatırladaq ki, 2023-cü il avqustun 7-də Yekaterinburq şəhərində qondarma “Talış-Muğan” muxtar respublikasının yaradılmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib. Bununla əlaqədar olaraq Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib, səfir Polad Bülbüloğlu isə Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyinin əks olunduğu və qəti etirazının bildirildiyi məktub ünvanlayıb.

“Regionun başçısı Azərbaycanın nümayəndəsindən üzr istəyib və mübahisənin həll edildiyinə ümidvar olduğunu bildirib”, - nəşrdə deyilir.

Qəzetin Sverdlovsk vilayəti hökumətində mənbəyi qubernatorun administrasiyası ilə əlaqələndirilən “Protokoldan kənar” telegram-kanalının bu qalmaqaldan sonra İqor Volodinin yeni çağırış Şəhər dumasının spikeri seçilməyəcəyi barədə məlumatını təsdiq edib.(Axar.az)

 

Bənzər yazılar

0.26847195625305