Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə rəsmi Moskvaya qarşı növbəti məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiya qızılı ilə bağlı sanksiyaların tətbiqini nəzərdən keçirir.
Mənbələr bildirirlər ki, Avropa Komissiyası indi sanksiyaların növbəti mərhələsinə qızılın əlavə edilməsi üzərində işləyir.
Hələ ki sanksiyanın Rusiyaya qızıl ixracına, Rusiyadan idxala və ya hər ikisinə aid olacağı məlum deyil.
23-24 iyunda Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində sanksiyalar üzərində işin davam etdirilməsi gözlənilir.
Mənbə: Reuters