Qəzalı vəziyyətə düşən yaşayış evi olan abidə-binaların siyahısı hazırlanıb

 24-08-2023
"Təəssüf ki, abidələrimizə müdaxilə halları ilə tez-tez qarşılaşırıq".
 
Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib. O bildirib ki, son 6 ay ərzində abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır:
 
"Həm paytaxtda, həm də bölgələrdə yerləşən abidələrə edilən müdaxilələrin qarşısı dərhal alınıb və lazımi tədbirlər görülür. 
 
Müdaxilə faktı qeydə alınan abidələrin mülkiyyətçilərinə, istifadəçilərinə qanunvericiliyin tələbləri izah olunur. Eyni zamanda qəzalı vəziyyətə düşən yaşayış evləri olan abidə-binaların və digərlərinin siyahısı hazırlanıb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
 
Düşünürük ki, tarixi abidələrə münasibəti dəyişmək üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Abidələrin qorunmasına vətəndaşlar  xüsusi həssaslıqla yanaşmalıdır. Elə bu fürsətdən faydalanaraq qeyd etmək istəyirəm ki, istifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərin, rayonun bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını xahiş edirik".

 

Bənzər yazılar

0.30586290359497